"Neftçi"yə lazım olmayan baş məşqçi "Apollon"da?

14 Noyabr 2020 20:20 Neftçi 857
"Neftçi"yə lazım olmayan baş məşqçi "Apollon"da?

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin Kiprin "Apollon" klubundan təklif alıb.

Sportinfo.az "protathlima.com" saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Limassol komandasının sükanı arxasına keçməyə ən real namizəddir.

Sofrinis Avqusti ilə yollarını ayıran "Apollon" rəhbərliyi Bordinlə danışıqlara başlamağa hazırlaşır. 2019-cu ildə də təcrübəli mütəxəssisin xidmətində maraqlı olmuş komanda bu dəfə onunla razılğa gəlməyə çalışacaq.

Roberto Bordin "Neftçi"yə 2018 - 2020-ci illərdə başçılıq edib. 2019/2020 mövsümünün sonunda "ağ-qaralar"dan ayrılan fransalı hücumçu Baqali Dabo isə hazırda "Apollon"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi