Sənin "day-day"ın kimdir?

13 Noyabr 2020 14:00 Neftçi 1 011
Sənin "day-day"ın kimdir?

“Neftçi”də Füzuli Məmmədov dönəmi başa çatdı və MüşahidəıŞurasının qərarı ilə 83 yaşlı klubun yeni çalışdıcısı Samir Abasov təyin olundu.

Abasov müasir Azərbaycan məşqçilik məktəbinin istedadlı yetirmələrindən biridi.

Onu yaxından tanıdığımdan heç vaxt futbol savadına şübhə etməmişəm. Ancaq və lakin...

İşsiz qaldığı müddətdə mütamadi olaraq Abasovla əlaqə saxlayıb yeni təkliflərin olub-olmadığını, boş vaxtlarında nə iş gördüyü ilə maraqlanmışam.

Hərdən özlüyümdə onun kimi üzərində işləyən, savadlı mütəxəssisin işsiz qalmasını Azərbaycan futbolunun faciəsi kimi dəyərləndirmişəm. Ancaq sonuncu dəfə onunla danışanda gümanlarımda yanıldığımı düşündüm.

Ölkənin ən prespektivli məşqçisi hesab etdiyim şəxs futbola baxmadığını dilə gətirdi.

Kənd təssərrüfatı ilə məşğul olduğunu, rayonda valideynlərinə qış tədarükü yığmaqla bağlı yardım etdiyini söyləyən Abasov hətta yığmanın oyunlarını belə izləmədiyini, nəticələri telefon danışığında U-17-də çalışan Mübariz Orucovdan öyrəndiyini bildirdi.

Azərbaycan çempionatını izləməyən, yığmanın oyunlarına biganə qalan birnin indi “Neftçi”nin “sükanı arxasına” dəvət olunması nə dərəcədə doğru addımdı?

Bir adam ki, “mənə futbol maraqlı deyil” və buna görə də izləmirəm” söyləyir ona necə güvənmək olar? Abasovun təyinatı lap bu ilin yanvarında “Barselona”nın baş məşqçisi postuna gətirilən və çox çəkmədən yola salınan Kikes Setyenin təyinatına bənzədi.

O da “Betis”dən ayrılandan fermasına çəkilərək İspaniya çempionatını futbolunu təqib etmirdi. Bütün fikri-zikri fermer təsssərüfatına yönəlmişdi.

Təyinatından bir gün əvvəl fermasında inəklərin nə qədər süd verdiyini hesablayarkən “Barselona” rəhbərliyindən zəng gəlir və ertəsi artıq dünyanın ən nəhəng klublarından birinin baş məşqçisi təyin olunur.

Onun rəhbərliyi altında kataloniyalıların hansı aqibətlə üzləşdiyi hamıya məlumdu. Abasov da eyni taleyi yaşayır.Kənddə odun doğrayıb, şəhərdəki evində yer belləyərkən gözləmədiyi halda çempionluğa iddialı klubdan iş təklifi alıb.

Samir bəy istedadlı məşqçidi, ancaq çalışdığı heç bir klubda nəticə verməyib. Nə “Sumqayıt”ı avrokuboklara daşıyıb, nə də istədiyi qədər legioner dəvət etdiyi “Zirə” ilə uğur qazanıb.

Belə olan halda “Neftçi” rəsmiləri onu hansı xidmətinə görə baş məşqçi vəzifəsinə dəvət edib?

Futbolçularını şikəstə bənzədən (“Sumqayıt” reabilitasiya mərkəzidi), seleksiyası sıfıra bərabər olan (“Zirə”yə dəvət etdiyi legionerlərin səviyəsi hamıya bəllidi), futbolçularla dil tapmaqda çətinlik çəkən mütəxəssis görəsən, “Neftçi” kimi daim diqqət mərkəzində olan klubda necə baş çıxaracaq?

Abasovun çatışmazlıqları bir deyil, beş deyil. O nəzəriyyəni bilir, əcnəbi dildə danışmağı bacarır, video-analitikanı öyrənib.

Ancaq böyük, çempionluğa iddialı klubda çalışmaq üçün bunlar yox, uğura aparan yolu tapmaq lazımdı ki, “neftçi”nin yeni çalışdırıcısı onun hansı qütbdə olduğunu müəyyənləşdirə bilməyib. Bunun üçün ilk növbədə kompasla işləmək bacarığının olması vacibdi.

Samir bəy qəzetimizə son müsahibəsində səsləndirdiyi bir fikirdə futbol camiəsində xoş qarşılanmamışdı. O Azərbaycan futbolunda çalışmaq üçün mütləq day-dayın olmasının vacibliyini qeyd etmişdi. Həmin vaxt bir çoxları Abasovu qınamışdı.

Hətta “ belə çıxır ki, Samir “Sumqayıt”a və “Zirə”yə day-day hesbına getmişdi” deyənlər də az deyildi. Bu gün Samir bəy artıq ölkənin ən köklü, postsovet məkanında ən çox tanınan klubunun baş məşqçisi oldu. İndi mən ona söylədiklərini xatırlatmaq istəyirəm:

Abasov "day-day"ın kimdi? (Futbol+)

RƏŞAD

Digər Xəbərlər
Xəbər Lenti