Abasov özünü "Neftçi”nin futbolçularına necə göstərdi? - FOTOLAR

13 Noyabr 2020 09:20 Neftçi 736
Abasov özünü "Neftçi”nin futbolçularına necə göstərdi? - FOTOLAR

"Neftçi” Premyer Liqanın 10-cu turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar” yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk məşqə çıxıb.

Hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Müşahidə Şurasının üzvlərinin də izlədiyi məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Ötən ay dirsəyindən əməliyyat olunmuş qapıçı Səlahət Ağayev isə artıq fərdi məşqlərə başlayıb.

"Qəbələ” – "Neftçi” oyunu noyabrın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”