"Neftçi"dən ayrılmağı özü də istəyir, rəhbərlik də

30 Oktyabr 2020 12:44 Neftçi 1 014
"Neftçi"dən ayrılmağı özü də istəyir, rəhbərlik də

Premyer Liqanın son 6 turunda adı iştirak ərizəsinə salınmayan Stiven Monroz «Neftçi»dən getməyə hazırlaşır.

Sonuncu dəfə II turda «Sumqayıt»a qarşı bir hissə forma geyinən fransalı legioner uzun müddətdir zədədən əziyyət çəkir.

Bu isə klub rəhbərliyini ciddi narahat edir. Axı adıçsəkilən yarımmüdafiəçi komandanın ən ödənişli üzvüdür. Baqali Dabonun yayda buradan ayrılmasından sonra bu statusa yiyələnən Monrozun özü də hazırda axtarışdadır.

Yunanıstan, Kipr, Polşa və Türkiyə təmsilçiləri ilə menecerlər vasitəsilə əlaqə quran fransız qış fasiləsinə kimi danışıqları yekunlaşdırmağa çalışır. Çünki kollektiv daxilindəki mühit onu razı salmır, üstəlik, Füzuli Məmmədovla işləmək ürəyincə deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!