Əsgər salamı verməkdən xoşlanan "Neftçi”nin son transferi - MARAQLI FOTOLAR

27 Oktyabr 2020 14:08 Neftçi 703
Əsgər salamı verməkdən xoşlanan "Neftçi”nin son transferi - MARAQLI FOTOLAR

"Neftçi” oktyabrın 15-də növbəti transferini rəsmiləşdirdi.

Albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlandı.

29 yaşlı futbolçu müqaviləyə imza atdıqdan sonra əsgər salamı verdi. Və bu, istər mediada, istərsə də sosial şəbəkələrdə böyük rəğbətlə qarşılandı.

Çünki məlum jest Azərbaycan Ordusuna dəstək olaraq qəbul edildi. Demə, əsgər salamı vermək Teluşinin adətidir. O. bir növ buna vərdiş edib.

Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib,

Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) millisinin də şərəfini qoruyub.

Albaniyalı legioner əvvəl formasını geyindiyi komandalarda oyunundan daha çox, əsgər salamı ilə yadda qalıb.

Sportinfo.az həmin fotoları təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti