"Neftçi”li ordu klubuna qol vurdu, əsgər salamı verdi – VİDEO+FOTOLAR

24 Oktyabr 10:10 Neftçi 532
"Neftçi”li ordu klubuna qol vurdu, əsgər salamı verdi – VİDEO+FOTOLAR

"Neftçi-2” I Divizionda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Mahmud Qurbanovun çalışdırdığı komanda 3-cü turda MOİK-lə qarşılaşıb.

"Ağ-qaralar”ın bazasında baş tutan matçda heç-heçə qeydə alınıb – 2:2.

Ev sahiblərindən Elton Əlibəyli (45+3-cü dəqiqə) və Məhəmməd Məhərrəmov (83-cü dəqiqə), ordu təmsilçisindən isə Ülvi Əliyev (3-cü dəqiqə) və Elvin Nəsibov (64-cü dəqiqə) fərqlənib.

"Neftçi-2”dən Seymur Əliyev (45+1-ci dəqiqə), həmçinin MOİK-in futbolçuları – Hikmət Verdiyev (45+2-ci dəqiqə) və Xəyal Bədirov (88-ci dəqiqə) qırmızı vərəqə ilə cəzalandırılıb.

"Neftçi-2” 3 turdan 4 xalla 5-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti