“Neftçi“nin xəstəlik tapan futbolçusundan YENİ MƏLUMAT GƏLDİ

19 Oktyabr 2020 22:50 Neftçi 590
“Neftçi“nin xəstəlik tapan futbolçusundan YENİ MƏLUMAT GƏLDİ

“Neftçi”nin hücumçusu Prins İbaranın koronavirus infeksiyasına yoluxmasından xəbərdarsız.

Bildirilib ki, konqolu hücumçu təxminən 10 gün əvvəl millisinin düşərgəsində virusa yoluxub.

Bakı təmsilçisinin yeni transferi hazırda karantindədir və sağaldıqdan sonra Azərbaycana qayıdacaq.

Prins İbara "Neftçi"yə ötən ay Belçikanın "Beerşot" klubundan birillik icarəyə götürülüb.

O, Konqonun oktyabrın 9-da Portuqaliyada Qambiya yığması ilə keçirdiyi yoxlama görüşündə (0:1) virusa yoluxması səbəbindən iştirak etməyib.

Redaksiyamıza daxil olan yeni informasiyaya görə, adıçəkilən forvard gələn həftə növbəti dəfə test verəcək. Əgər nəticə pozitiv müsbət olsa, 7-8 gündən sonra Bakıya dönəcək.

İbara Konqo millisində xəstəlik tapan yeganə futbolçu deyil. onunla yanaşı, daha 4 oyunçu virusa yoluxub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti