"Neftçi" ərköyün və qalmaqallı futbolçusunu əvəzediciyə göndərdi

19 Oktyabr 2020 17:52 Neftçi 1 135
"Neftçi" ərköyün və qalmaqallı futbolçusunu əvəzediciyə göndərdi

"Neftçi"nin "Sabah"la oyununda əsas heyətin iki üzvü gözə dəymədi.

Sportinfo.az xəbər verir ki, söhbət Azərbaycan və Konqo millilərinin üzvləri Prins İbara ilə Anton Krivotsyukdan gedir.

Hər iki futbolçunun adı nəinki "11-lik"dən kənarda qalmışdı, ümumiyyətlə, "23-lüy"ə salınmamışdı. Prinsin koronavirusa yoluxduğunu saytımızdakı xəbərdən bilirsiz -.Konqo millisinin düşərgəsində koronavirusa yoluxub.

Offsideplus.az Antonla Krivotsyukla bağlı da özəl məlumat əldə edib. Belə ki, yığma üzvü əvəzedici heyətə göndərilib.

Müdafiəçinin hazırkı durumu Füzuli Məmmədovu qane etmədiyindən, baş məşqçi Krivotosyukun "Neftçi-2"ylə məşq etməsini və bu komandaya kömək etməsini məqsədəuyğun sayıb. Bunun nə vaxta kimi davam edəcəyi haqda bilgi verilmir.

Premyer Liqada 5-ci turun "Zirə" - "Neftçi" qarşılaşmasında da forma geyməyən Anton, birinvi divizionun ilk 2 turunda "Sabah-2" və "Zaqatala"ya qarşı görüşlərdə əvəzetmədən meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti