"Neftçi"nin hücumçusu millidə koronavirusa yoluxdu

19 Oktyabr 2020 13:54 Neftçi 682
"Neftçi"nin hücumçusu millidə koronavirusa yoluxdu

"Neftçi"nin hücumçusu Prins İbarada koronavirus aşkarlanıb.

Sportinfo.az "africatopsports.com" saytına istinadən xəbər verir ki, konqolu futbolçu infeksiyaya millinin düşərgəsində yoluxub

Hələ Bakıya qayıtmayan 24 yaşlı hücumçu Portuqaliyada karantinə alınıb. Afrikalı forvardın təkrar testinin nəticəsi mənfi çıxandan sonra o, Azərbaycana gələcək.

Oktyabrın 9-da keçirilmiş görüş Konqo yığmasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti