“Neftçi” yeni legionerinə hər ay nə qədər maaş verəcək?

16 Oktyabr 2020 20:20 Neftçi 705
“Neftçi” yeni legionerinə hər ay nə qədər maaş verəcək?

Albaniyanın “Panoramasport” nəşri “Neftçi”nin yeni transferi Bruno Teluşiyə ödəyəcəyi məbləği açıqlayıb.

Həmkarlarımız iddia edib ki, Bakı təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayan 29 yaşlı dayaq yarımmüdafiəçisinin bu müddət ərzində məvacibi 100 min avro təşkil edəcək.

Mövsümün əvvəlində “Kukesi”yə keçməsinə baxmayaraq, “Neftçi”nin sərfəli təklifi onun orada cəmi 2 ay qalmasına səbəb olub. Lak4in bu rəqəm alban mediasının iddia etdiyi qədər, yəni, bir o qədər də çox deyil.

Sportinfo.az-ın məlumatına görə, Teluşi göstərilən məbləğdən xeyli aşağı məbləğə qol çəkib. 8 aylıq kontrakta imza atan legioner hər ay üçün 7000-8000 dollar civarında maaş alacaq.

Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib,

Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti