"Neftçi"nin yeni transferinə ödəyəcəyi məbləğ - 100000 avro

16 Oktyabr 2020 12:02 Neftçi 864
"Neftçi"nin yeni transferinə ödəyəcəyi məbləğ - 100000 avro

"Neftçi"nin yeni transferi Bruno Teluşinin paytaxt klubunda qazanacağı məvacib məlum olub.

Sportinfo.az "Panoramasport" nəşrinə istinadən xəbər verir ki, flaqman albaniyalı dayaq yarımmüdafiəçisinə bir mövsüm üçün 100000 avro ödəyəcək.

29 yaşlı oyunçu ilə mövsümün sonunadək sözləşmə bağlanıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib,

Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!