"Neftçi"sevərlər Mahmud Qurbanovu tələb edir!

13 Oktyabr 2020 12:44 Neftçi 1 134
"Neftçi"sevərlər Mahmud Qurbanovu tələb edir!

«Komandamızın yeni baş məşqçisi Mahmud Qurbanov olsun» - «Neftçi» azarkeşlərinin bir qrupu SOCAR-ya göndərdiyi məktubda beldə bir tələblə çıxış edib.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsiçisinin fanatları Füzuli Məmmədovun istefaya göndərilməsində israrlıdır.

Onlar bu yay baş məşqçi postuna təsdiqlənən və 2 illik müqaviləyə imza atan Məmmədovun komandaya uğur qazanlıracağına artıq bir nəfər kimi inanmır.

Tərəfdarlar idman direktoru Ceyhun Sultanovun öz şəxsi maraqları üçün sükan arxasına əyləşdirdiyi qohumunun «Neftçi»yə layiq olmaması mövzusunda həmfikirdir.

«Ağ-qaralar»ın cari mövsümə uğursuz start verməsi, düşərgədə hökm sürən gərginlik, futbolçuların baş məşqçidən kəskin narazı qalması azarkeşlərdə sabaha olan inamı sarsıdıb.

Bu rənglərə könül vermiş sadə futbolsevərlər SOCAR-ı artıq öz namizədləri ilə tanış edib. Həmin şəxs isə hazırda «Neftçi»nin əvəzedici heyətini çalışdıran və Füzuli Məmmədovdan qat-qat yaxşı reputasiyaya malik olan Mahmud Qurbanovdur.

Tərəfdarlar klubun himayədarı olan şirkəti son məktubla əmin edib ki, «Pro» kateqoriyalı mütəxəssis «dubl»da olduğu halda, əsas komandanın «A» lisenziyalı birinə tapşırılması ədalətsizlikdir və işdir, Qurbanov görəvə gətirilsə, ona sonna qədər dəstək verəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!