"Neftçi"ni uddular, 1 lirə almadılar: "Qalatasaray"lı "ulduzlar"

11 Oktyabr 2020 20:00 Neftçi 773
"Neftçi"ni uddular, 1 lirə almadılar:

«Qalatasaray» Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmadığından, klub rəhbərliyi futbolçulara ödəmə etməyib.

Söhbət yarışın II və III mərhələ oyunlarında qazanılan qələbələrə görə təyin olunan mükafatdan gedir.

İstanbul nəhəngi öncə «Neftçi»ni Bakıda 3:1, evdə «Hayduk»u 2:0 hesabıyla məğlubiyyətə uğradıb. Pley-offda isə Fatih Terimin çalışdırdığı komanda Şotlandiyada "Reyncers"ə uduzaraq (1:2), mübarizəni erkən dayandırıb.

Qarşıya qoyulan əsas məqsəd yerinə yetirilmədiyindən, «cim-bom» ilk 2 tura görə UEFA-dan alacağı pulu kollektiv üzvlərinə verməməyi qərara alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti