"Qarabağ"ın öz siyasi mövqeyi var, mən hələ "Neftçi"də işləyəndə..."

11 Oktyabr 2020 14:05 Neftçi 733
"Qarabağ"ın öz siyasi mövqeyi var, mən hələ "Neftçi"də işləyəndə..."

“Qarabağ” 30 il əvvəl torpaqları Ermənistan tərəfindən işğal edilən qaçqın komandadır.

Komanda doğma meydana həsrətdir, ev oyunlarını Bakıda keçirir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın keçmiş məşqçisi Ruben Selleş ölkəsi İspaniya mətbuatına açıqlamasında bildirib.

Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı həmkarlarımız vaxtilə ölkəmizdə fəaliyyət göstərmiş mütəxəssisin fikirlərinə yer verib.

Selleş Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”ın rəqibi olan “Qarabağ”ın Avropa arenasında missiyasının Qarabağın Azərbaycana məxsus olduğunu bütün dünyaya çatdırmaq olduğunu söyləyib:

“Bu klubun öz siyasi mövqeyi var. Bunu da Avropada uğurlu çıxış etməklə layiqincə yerinə yetirir. Bu, münaqişəni dünyaya çatdırmaq bir missiyadır. Klubun hədəflərindən biri həmişə bu olub. Çünki həm klub rəhbərliyi, həm məşqçilər korpusu, həm də futbolçuların bir hissəsi bu hadisələri yaşayıb”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"