“Neftçi”dən yoxlama...

10 Oktyabr 2020 21:40 Neftçi 779
“Neftçi”dən yoxlama...

Azərbaycan Premyer Liqasında 6-cı turun “Sabah”la oyununa hazırlaşan “Neftçi” yoxlama matçı keçirəcək.

Sportinfo.az xəbər verir ki, Füzuli Məmmədovun komandası “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Qəbələ” ilə qarşılaşacaq.

Oktyabrın 11-də keçiriləcək oyuna saat 15:00-da start veriləcək.

"Qəbələ" bu gün də yoxlama matçı keçirib. Elmar Baxşıyevin yetirmələri Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Sumqayıt"a 1:2 hesabıyla uduzub.

“Neftçi” – “Sabah” oyunu oktyabrın 18-də 8-ci km stadionunda keçiriləcək. Oyuna saat 14:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti