Füzuli Məmmədovun "Neftçi"nin futbolçularına vurduğu travma

28 Sentyabr 2020 12:44 Neftçi 1 142
Füzuli Məmmədovun "Neftçi"nin futbolçularına vurduğu travma

Bir komanda düşünən, çempionluğa oynayır.

Bir baş məşqçi düşünün, "nə qədər çalışsaq da, komandanı oyuna yaxşı kökləyə bilmirik" deyir.

Təəccüblənəcəksiz, amma… Day, budur da… Bir komandadan və onun baş məşqçisindən gedir söhbət.

«Neftçi» keçən tur «Qarabağ»a qalib gəlmişdisə, «Qəbələ»yə dünən hədiyyə etdiyi 1 xalla derbinin əzab-əziyyətini, qazancını yerə vurdu. Bu nə oyun, bu nə istəksizlik, bu nə pərakəndəlik…

Sən bir komandir kimi zirvə uğurnda döyüş meydanına atılmısansa, birinxi özün buna hazır olmalısan, hazırlamalısan, sonra sıravi döyüşçülərindən bunu tələb etməlisən. Sözdə çox şey danışmaq, çox şey iddia etmək olar.

Eyforiyaya qapılmaq təhlükəlidir, mənzil başına çatmamış, yolun yarısını gedib qurtarmamış səni üzü üstə yıxa bilər. Gərəkdir ki, özünü qoruyasan, ehtiyatını əldən verməyəsən.

Füzli Məmmədov bu normaların heç birini gözləmir. Öz dünyası var, girib ora, çıxa bilmir. Nədir o dünya, nədən, nələrdən ibarətdir, mahiyyəti, məğzi nədir, mənə naməlimdur.

Yəqin edirəm ki, heç Füzuli Məmmədov da baş vurduğu, olduğu dünyanın yaradılış səbəbi nədir və ora niyə düşüb.

Ümumiyyətlə, Füzuli Məmmədov «Neftçi» adlı dünyaya tamamilə dəxlsiz biridir. Əvvəl də demişəm bu fikri, indi də üstündə qalıram. Oyunu futbolçu uduzmur. Uduzan həmişə baş məşqçi olur. Dünən bir daha bilindi ki, derbidəki qələbənin onun 1 qram aidiyyatı, bağlılığı olmayıb.

«Neftçi» baş məşqçisi olub da, baş məşqçisiz yoluna davam edən komandadır.

Qeyri-sabitlik bunun əlamətidir.

Bir oyun kompakt, bir oyun bivec futbol sərgiləmək bunun əlamətidir.

Futbolçuların onlara verilən təlimatları qulaqardına vurması bunun əlamətidir.

«Çox istəyirdik ki, qalib gələk, çox hazırlamışdıq. Futbolçulara lazımı şeyləri demişdik, amma meydanda bunu görmədik» - biri bunu dilinə gətirirsə, onun özünü baş məşqçi kimi təqdim eləməsinə aldanmayın. O, kimdirsə, başqa işin yiyəsidir, yüzdə-yüz baş məşqçi deyil, ola da bilməz.

«Çox çalışırıq ki, futbolçularda psixoloji durumu düzəldək. Onlar artıq uşaq deyil, özlərini oyuna hazırlamalıdırlar. İstək olmayanda, yaxşı oyun göstərmək də alınmır».

Futbolçularda qələbə istəyini nə inzibatçı yaratmalıdır, nə masajçı, nə də həkim. Bu, klub rəhbərliyi ilə baş məşqçinin səlahiyyətində olan məsələdər. İki qüvvə birləşib də, bir komandanın psixoloji durumunu düzəltməyi bacarmırsa, təqsiri özlərində görsünlər.

At yiyəsinə görə kişnəyər. «Neftçi»nin oyunçusu VİP-lojaya baxanda Ceyhun Sultanovu, texniki zonaya boylananda Füzuli Məmmədovu görür. Yazıq bu vəziyyətdə travma almasın, neyləsin..?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"