"Neftçi"nin futbolçuları derbidən nə qədər qazanclı çıxdı?

26 Sentyabr 2020 09:28 Neftçi 782
"Neftçi"nin futbolçuları derbidən nə qədər qazanclı çıxdı?

Premyer Liqanın 3-cü turunda «Qarabağ»a səfərdə 2:1 hesabıyla qalib gələn «Neftçi»nin futbolçularına nə qədər mükafat verməsi məlum olub.

Azərbaycan derbisində 3 xal qazanan «ağ-qaralar»ın əsas heyət üzvləri 2000 manat civarında pul əldə edib.

Bu görüşlə “Qarabağ”ın həm də evdəki məğlubiyyətsizliyi sona çatıb. “Səbail”lə qarşılaşmadakı texniki nəticəni nəzərə almasaq, ağdamlılar öz meydanındakı ardıcıl 24 matçda uduzmamışdı.

Qurban Qurbanovun komandası sonuncu dəfə 868 gün öncə - 2018-ci il mayın 6-da “Neftçi”yə 0:1 hesabı ilə yenilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı