“Neftçi” avtomobil qəzasında ölmüş futbolçusunu... - VİDEO

24 Sentyabr 2020 16:42 Neftçi 1 392
“Neftçi” avtomobil qəzasında ölmüş futbolçusunu... - VİDEO

Bu gün “Neftçi” avtomobil qəzasında ölmüş sabiq hücumçusu Jonas Enrike Pessallinin 30 yaşının tamam olmasına biganə qalmayıb.

Sportinfo.az xəbər verir ki, klub öz sosial şəbəkə hesabında bu sözləri yazıb: “Neftçi”nin braziliyalı futbolçusunun əziz xatirəsi azarkeşlərin ürəyində daim yaşayacaq!”

Adıçəkilən legioner 2016-cı ilin oktyabrın 14-də “Neftçi”yə sərbəst futbolçu kimi keçib. Həmin vaxt klub onunla yanaşı, Mahir Şükürov və serbiyalı qapıçı Boban Baykoviçin transferini də elan edib.

Pessalli Azərbaycanda qışadək oynayıb. O, 10 oyuna dörd qol vurub. Pessalli daha çox “Zirə” ilə kubok matçında het-trik etməsi ilə yadda qalıb.

O, 2016/17 mövsümündə “Neftçi”nin heyətində bir oyuna 3 qol vurmuş (son iki qolu penaltidən vurub) yeganə futbolçu olub.

İtalyan mənşəli Pessalli 2017-ci ilin iyun ayının 12-də idarə etdiyi “Audi A5 Sportback” maşını ilə avtomobil qəzasına uğrayaraq 26 yaşında həlak olub.

Onun maşını kommunal dirəyə çırpılıb. Zərbə o qədər qüvvətli olub ki, dirək yerindən çıxıb və futbolçu yerindəcə canını tapşırıb.

Digər Xəbərlər
Xəbər Lenti