"Neftçi" xahiş etdi, AFFA bu futbolçunu millidən kənarlaşdırdı

24 Sentyabr 2020 13:12 Neftçi 1 750
"Neftçi" xahiş etdi, AFFA bu futbolçunu millidən kənarlaşdırdı

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, “Neftçi”dən dəvət edilən Fərid Yusiflinin əvəzinə "Keşlə"nin oyunçusu İbrahim Novruzov toplanışa dəvət olunub.

Bu, "Neftçi"nin xahişinə əsasən, həyata keçirilib. Federasiya rəsmisi klubda zədəli oyunçu olduğu üçün 18 yaşlı yarımmüdafiəçiyə ehtiyac duyulduğunu söyləyib.

U-19-un toplanışı sentyabrın 30-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti