Tütrkiyə klubunun “Neftçi"nin yeni legionerinə gözü düşüb

24 Sentyabr 2020 12:30 Neftçi 1 524
Tütrkiyə klubunun “Neftçi"nin yeni legionerinə gözü düşüb

“Neftçi"nin legioneri Türkiyə komandalarının maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, söhbət Yusuf Lavaldan gedir.

Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakıda “Qalatasaray” ilə oyunda (1:3) yaxşı təsir bağışlayan nigeriyalı futbolçu ilə “Dənizlispor” maraqlanır.

Klub nümayəndələri 22 yaşlı cinah yarımmüdafiəçisinin çıxışını diqqətdə saxlayır. Nigeriyalı oyunçu özünü yaxşı tərəfdən göstərməkdə davam etsə, “yaşıl xoruzlar“ “Neftçi” ilə danışıqlara başlayacaq.

“Dənizlispor”un baş məşqçisi vaxtilə millimizdə çalışmış Robert Prosineçkidir.

İlk klubu "Lions” (Nigeriya) olan gənc Yusuf 2017-2020-ci illər ərzində Belçikada "Lokeren”in heyətində 22 oyun keçirib. O, bu yay Bakı klubu ilə 2+1 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti