Terim "Neftçi"ni xatırladı

23 Sentyabr 2020 23:00 Neftçi 647
Terim "Neftçi"ni xatırladı

“Avrokuboklarda bütün oyunlara önəm veririk. Bu qarşılaşma da bizim üçün çox vacibdir. Ardıcıl səfərlər yorğunluğa səbəb olur".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək Xorvatiyanın “Hayduk” (Split) klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, futbolçular yaxşı istirahət etməlidirlər: “Sabah meydana çıxaracağım komanda "Başakşəhər", "Neftçi" və ya "Qaziantep"lə qarşılaşmalardakı heyət olmayacaq. "Hayduk"u məğlub edib pley-offa adlayacaq, oradan isə qrup mərhələsinə vəsiqə qazanacağıq. Buna əmin ola bilərsiniz. Rəqibi ciddiyə almamaq kimi anlaşılmasın, əksinə çox önəm veririk. Mənim üçün sabahkı matç çox önəmlidir".

Qeyd edək ki, "Qalatasaray" Avroliqanın 2-ci təsnifat mərhələsində "Neftçi"yə 3:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti