"Neftçi" bugünlərdə heyətinə yeni futbolçu qatıb.
Spotinfo.az "ağ-qaralar" "Başakşehir"dan Mert Çeliki icarəyə götürüb.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olan müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Aylıq 3000 dollar qarşılığında.
"Qalatasaray"ın yetirməsi olan 20 yaşlı oyunçu "Başakşehir"ə 2013-cü ildə transfer olunub. Klub bu yaxınlarda M.Çelik ilə sözləşmənin müddətini 2025-ci ilədək uzadıb.
Onunla bağlı hazırlanmış videonu təqdim edirik: