"Azərbaycanda bir səhvə görə insanı tez sındırırlar, tez qərar verirlər"

23 Sentyabr 2020 10:10 Neftçi 762
"Azərbaycanda bir səhvə görə insanı tez sındırırlar, tez qərar verirlər"

"Füzuli Məmmədov şans verir, mən də oynayıram".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin qapıçısı Aqil Məmmədova məxsusdur.

Səlahət Ağayevi əsas heyətdən sıxışdıraraq, "1 nömrə" durumuna gələn "əlcək sahibi" baş məşqçinin etimadını doğrultmaq niyyətindədir: "Çalışırıq ki, əlimizdən gəldiyi qədər komandaya köməklik edək.

Mənə elə gəlir ki, Azərbaycanda bir səhvə görə insanı tez sındırırlar, tez qərar verirlər. Düzdür, səhv etmişik. Düşünürəm ki, Azərbaycanda futbolçu yetişmir, yetişdirmək çətindir.

Yetişənləri də çalışırlar ki, tez sındırsınlar. Biri var səhvini boynuna almayasan, amma mən səhvimi qəbul edirəm. Deyirəm ki, mənim səhvimdir, üzr istəyirəm. Bu, normal haldır, biz robot deyilik, insanıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!