"Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik"

21 Sentyabr 2020 09:14 Neftçi 456
"Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik"

"Neftçi”nin müdafiəçisi Voislav Stankoviç Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ”la oyundan (2:1) sonra klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, rəqib qapısına vurulan ilk qolun müəllifi sevincini gizlətməyib:

"Vaxt azlığına baxmayaraq bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, "Qalatasaray”la matçdan sonra psixoloji tərəfdən özümüzü toparlamaq ən vacib məsələ idi.

Şadam ki, həm bunu bacarıb qələbə qazandıq, həm də qol vurdum. Mənə elə gəlir ki, biz "Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik.

Ümid edirəm, bu qələbədən sonra qarşıdakı matçlarda daha gözəl oyun nümayiş etdirib vəziyyətimizi daha da yaxşılaşdıracağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"