Mənim "Neftçi"ni seçməkdə ən böyük səbəbim..." - VİDEO

20 Sentyabr 2020 17:20 Neftçi 1 001
Mənim "Neftçi"ni seçməkdə ən böyük səbəbim..." - VİDEO

"Türkiyənin yeni çempionu "Başakşehir"dən Azərbaycanın ən köklü və ən böyük klublarından olan "Neftçi"yə gəldiyim üçün həqiqətən də çox xoşbəxtəm.

Bu klub Türkiyə və dünyada da tanınır. Belə komandada oynamaqdan məmnunam".

Sportinfo.az xəbər verir ki, bunları "Neftçi"nin yeni transferi Mert Çelik klub televiziyasına müsahibəsində deyib.

20 yaşlı mərkəz müdafiəçisi yeni komandasında gənclərə üstünlük verildiyini vurğulayıb: "Neftçi" ölkənin ən qədim və köklü klubudur. Burada gənclərə çox böyük önəm verilir.

Mənim bu klubu seçməkdə ən böyük səbəbim gənclərə böyük diqqət və qayğının göstərilməsidir. Ona görə də burada olduğum üçün çox xoşbəxtəm".

Çelik "Neftçi"də çempionluq sevinci yaşamaq istədiyini də diqqətə çatdırıb: "İlkin hədəfim budur: Azarkeşlərimizlə və oyunçularımızla birgə bu mövsüm qızıl medal qazanaraq,

Çempionlar Liqasında mübarizə aparmaq istəyirik. Burada hamı - istər klub prezidenti, istər idman direktoru, istərsə də baş məşqçimiz məni çox yaxşı qarşıladı. Mən də onları xoşbəxt etmək üçün nəyə qadir olduğumu meydanda göstərəcəyəm. Bundan heç bir şübhə etməsinlər".

Müqavilə ilə Türkiyənin "Başakşehir” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti