"Neftçi"dən: "İki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin"

19 Sentyabr 2020 09:14 Neftçi 1 763
"Neftçi"dən: "İki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin"

"Baqali Dabo üçün ayrılan büdcəyə 4 yeni futbolçu transfer etmişik".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Neftçi"nin idman direktoru Ceyhun Sultanova məxsusdur.

O, belə vəziyyətdə ciddi nəticə əldə etməyin mümkün olmadığını bildirib: "Özünüz düşünün, bu, qrup mərhələsində oynamaq üçün yetərlidirmi? Amma qıraqda olan futbol "mütəxəssislər"i, yalnız öz xeyirlərinə danışanlar deyirlər ki, klubda hər şey var, bu, nə cür idarəçilikdir, bu, necə işdir?

Hansısa mütəxəssis bu vəziyyətdə komandanı qrup mərhələsinə çıxaracaqsa, iki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin. Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda sərgilənən oyundur.

Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdır. Hansısa mütəxəssis "Neftçi"də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür".

Digər Xəbərlər
Xəbər Lenti