"Qalatasaray"ın vitse-prezidenti Allahdan kömək istədi - "Neftçi"ni udmaq üçün

16 Sentyabr 2020 14:50 Neftçi 611
"Qalatasaray"ın vitse-prezidenti Allahdan kömək istədi -

"İki qardaş ölkənin qardaş komandası üz-üzə gələcək".

Sportinfo.az xəbər verir ki, bunu "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

Klub rəsmisi növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib: "Allahın köməyi ilə mərhələni keçib, Türkiyəyə qayıdacağıq".

Albayrak komandada yeni oyunçuların olduğunu sözlərinə əlavə edib: "Hazır olmayan futbolçular var. Radamel Falkao, Arda Turan, Taylan Antalyalı və bir çox oyunçu mövsümə yaxşı başlayıblar".

Vitse-prezident yeni transferlərin hələ ki, heyətə düşə bilmədiyini vurğulayıb: "Yeni transferlərimiz və komandadan gedənlər olacaq. Futbolçu almaq qədər satmaq da önəmlidir, əlimizdən gələni edirik".

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu