"Neftçi"li debütant kluba keçdi, 1 illik müqavilə imzaladı

15 Avqust 2020 14:22 Neftçi 1 200
"Neftçi"li debütant kluba keçdi, 1 illik müqavilə imzaladı

"Neftçi"nin sabiq futbolçusu Derlis Meza Kollinin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Rumıniyanın əsas liqasına vəsiqə qazanan "Arceş"ə keçib.

Paraqvaylı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Derlis Meza Kolli son olaraq Rumıniyanın "Petrolul" klubunun formasını geyinib. 2017/2018 mövsümündə "Neftçi"də çıxış etmiş yarımmüdafiəçi Azərbaycanda "İnter" (hazırkı "Keşlə") və "Qəbələ"nin də şərəfini qoruyub. O, "Keşlə"nin futbolçusu Sezar Meza Kollinin qardaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti