“Neftçi”ni kapitan yox, yeni transfer xilas etdi - FOTOLAR 

15 Avqust 2020 09:14 Neftçi 1 411
“Neftçi”ni kapitan yox, yeni transfer xilas etdi - FOTOLAR 

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda “Neftçi” ilə üz-üzə gəlib.

Qarşılaşma “Bakcell Arena”da baş tutub. Qonaqların çalışdırıcısı Elmar Baxşıyev görüşdə aşağıdakı start “11-liy”inə şans verib: Anar Nəzirov, Sadiq Quliyev, Murad Musayev, Yurgen Qoxa, Yusif Nəbiyev, Merab Qiqauri, İdris İnqilablı, Rövlan Muradov, Nikolas Raysel, Rüfət Əhmədov, Ülvi İsgəndərov.

"Neftçi”: 30.Aqil Məmmədov, 91.Tallison Dias, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 26.Ömər Buludov, 36.Mamadu Kane, 88.Saman Nərimancahan (29.Sabir Buqrin), 8.Emin Mahmudov, 7.Namik Ələskərov (22.Mirabdulla Abbasov), 24.Yusuf Laval (19.Fəhmin Muradbəyli), 28.Stiven Jozef-Monroz (80. İsmayıl Zülfüqarlı).
Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 72.Əli Mürsəlov.

Görüşdə hesabı paytaxt təmsilçisi açıb. İlk yarının gedişində bakılılar önə keçib. “Qəbələ” fasiləyə qədər hesabda tarazlıq yaratmağa müvəffəq olub. 42-ci dəqiqədə Nikolas Raysel penalti zərbəsi ilə meydan sahiblərinin qapısına yol tapıb.

Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qırmızı-qaralar”ın heyətində meydana Tərlan Əhmədli, Asif Məmmədov və Rodriqo Qattas daxil olub. Qarşılaşmada hesab 76-cı dəqiqədə dəyişib.

Paytaxt təmsilçisi yenidən önə keçib. Bu qol bakılılara 2:1 hesablı qələbə qazanmaq üçün kifayət edib.

“Qəbələ” gələn həftə start götürəcək Azərbaycan Premyer Liqasının ilk turunda “Zirə” ilə üz-üzə gələcək. Görüş avqustun 23-də Qəbələ şəhər stadionunda baş tutacaq.

"Neftçi” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 21-də keçirəcək. Komanda Premyer Liqanın 1-ci turu çərçivəsində "Səbail”i qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş "Bakcell Arena”da baş tutacaq.

“Neftçi” – “Qəbələ” 2:1
Qollar:
Mamadu Kane, Yusuf Laval // Nikolas Raysel

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!