"Neftçi"də can qoymağa hazıram" - VİDEO

14 Avqust 2020 14:36 Neftçi 586
"Neftçi"də can qoymağa hazıram" - VİDEO

"Artıq iki ildir ki, "Neftçi"dəyəm və liqaya yaxşı bələdəm. Burada özümü daha yaxşı hiss edirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin qanalı legioneri Mamadu Kane klubun rəsmi televiziyasına müsahibəsində deyib.

23 yaşlı yarımmüdafiəçi Azərbaycanda özünü evdəki kimi hiss etdiyini bildirib. Qvineyalı oyunçu burada çox xoşbəxt olduğunu söyləyib: "İnsanlar mənə xoş münasibət göstərirlər. Çox xoşbəxtəm və burada özümü yaxşı hiss edirəm".

Afrikalı futbolçu "Neftçi"nin Qəbələdəki toplanışı barədə də danışıb: "Biz Qəbələyə getməzdən əvvəl koronavirusla bağlı test verdik. Orada isə təhlükəsizlik tam yüksək səviyyədə idi.

Hazırlığımız çox yaxşı davam edir. Hər şey məni qane edir və ümumilikdə hər şey xoşuma gəlir. Məşq və bərpa prosesləri yaxşıdır. Qidalanmamız da yüksək səviyyədədir, çox razıyam.

Gərgin məşq edirik, həm çempionat, həm də Avropa Liqasının oyunlarına hazırlaşırıq. Komandada hamı çox xoşbəxtdir. Canla-başla məşq edirik. Mənə olan dəstək və sevgiyə görə azarkeşlərə təşəkkür edirəm. Buna görə çox xoşbəxtəm və meydanda can qoymağa hazıram".

"Neftçi" Azərbaycan Premyer Liqasının I turunda avqustun 21-də evdə "Səbail"lə qarşılaşacaq. Komanda avqustun 28-də Avropa Liqasının I təsnifat mərhələsində "Bakcell Arena"da Şimali Makedoniya təmsilçisi "Şkupi"ni qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”