İtalyan gəldi, "Neftçi”nin futbolçuları özlərinə "əl qatdı" - FOTOLAR

14 Avqust 2020 09:14 Neftçi 1 086
İtalyan gəldi, "Neftçi”nin futbolçuları özlərinə "əl qatdı" - FOTOLAR

"Neftçi” yeni mövsümün hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar”ın bazasında baş tutan məşqi Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi köməkçiləri ilə birgə izləyib.

İtaliyalı mütəxəssis hazırlıq prosesindən əvvəl və sonra baş məşqçi Füzuli Məmmədov və məşqçilər korpusunun digər üzvləri ilə fikir mübadiləsi aparıb.

Məşqdə müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

“Neftçi” yeni mövsümdə ilk oyununu avqustun 21-də keçirəcək. Komandamız Premyer Liqanın 1-ci turu çərçivəsində “Səbail”i qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş “Bakcell Arena”da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"