"Neftçi" ilə bağlı: "İndi sizə hər şeyi öyrədəcəm" deyə bilməzsən"

13 Avqust 2020 11:48 Neftçi 928
"Neftçi" ilə bağlı: "İndi sizə hər şeyi öyrədəcəm" deyə bilməzsən"

"Bəzən istədiyini həyata keçirmək, potensialını tam açmaq üçün ixtiyarında lazımı şərait olmur".

Sportinfo.az xəbər verir ki, millimizin yeni çalışdırıcısı Canni De Byazi həmyerlisi Roberto Bordinin "Neftçi"də fiaskoya uğramasına və qalmaqallı şəkildə iş yerini tərk etməsinə münasibət bildirib.

İtaliyalı mütəxəssis bildirib ki, hərdən belə uğursuzluqların baş verməsini normal sayır: "Xaricdə işləmək üçün ağıllı, xarakter mənasında elastik olmaq vacibdir. Ölkənin, xalqın və çalışdırdığın komandanın fəlsəfəsinin dərinliklərini anlamaq lazımdır.

Bura gəlib, "mən italiyalıyam, məşqçiyəm, indi sizə hər şeyi öyrədəcəm" deyə bilməzsən. Balansı qorumaq, ağıllı olmaq və əlindəki futbolçuların potensiallarını maksimum açmaq üçün çalışmalısan".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!