"Neftçi"dən qol "yeməmək" üçün növbəti transferi gerçəkləşdirdi

12 Avqust 2020 13:12 Neftçi 882
"Neftçi"dən qol "yeməmək" üçün növbəti transferi gerçəkləşdirdi

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi" heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, Albaniyanın "Vlazniya" klubunun müdafiəçisi Filip Qliqorov Çair təmsilçisinə qayıdıb.

Məşqçilər korpusu 27 yaşlı oyunçunun avrokubokda komandaya kömək edəcəyinə ümid edir. Filip Qliqorov 2016-ci ildə "Şkupi"də oynayıb. Tezliklə keçidin rəsmən açıqlanması gözlənilir.

“Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. Şimali Makedoniya klubu daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti