"Mən "Neftçi"də işləyə bilərəm, amma o gün bu gün deyil"

12 Avqust 2020 10:52 Neftçi 1 269
"Mən "Neftçi"də işləyə bilərəm, amma o gün bu gün deyil"

«Mən «Neftçi»də işləyə bilərəm, amma o gün bu gün deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Xaqani Məmmədov deyib.

Bir müddət əvvəl xəbər yaymışdıq ki, «Neftçi»nin baş məşqçisi Füzuli Məmmədov qardaşını özünə köməkçi təyin etmək istəyir. Bu, futbol camiəsində və azarkeşlər arasında böyük əks-səda doğurdu.

Fikir birmənalı olmadı, nəticədə F.Məmmədov planından imtina etdi. Halbuki dəqiq bilirik ki, buna hazırlıq gedirdi və demək olar hər şey razılaşdırılmışdı, bircə o qalmışdı ki. qərarı ictimaiyyətə açıqlasıınlar.

Saytımızın məlumatı tirajlaması X.Məmmədovun xeyrinə işlədi. O, doğma «Qəbələ»yə qayıtdı. Bu dəfə əsas komandaya məşqçi kimi. F.Məmmədov isə «Keşlə»dən ayrılan Vadar Nuriyevi özünə yardımçı təyin eitdi.

Xaqani Məmmədova qayıdaq: «Füzuli müəllim işini biləndi. Bizim aramızda belə bir söhbət olmayıb ki, məni öz yanına götürsün. Bilmirəm, bəlkə də bir neçə il keçəndən sonra «Neftçi»də işləyərəm. Amma bu gün bütün fikrim «Qəbələ»dədir və yeni işimə böyük həvəslə yanaşıram».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı