"Neftçi"nin diqqətinə – Ayıq olun, yeni futbolçular alırlar

11 Avqust 2020 14:22 Neftçi 937
"Neftçi"nin diqqətinə – Ayıq olun, yeni futbolçular alırlar

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi" heyətinə yeni futbolçular cəlb etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Şimali Makedoniya klubu ölkənin digər təmsilçisi "Vardar"dan Vladika Brdarovski, Ali Adem və Daniel Avramovski ilə maraqlanır.

Klubun idman direktoru Omer Bunyaku bu oyunçuların mümkün keçidi ilə bağlı danışıqların davam etdiyini söyləyib. Avramovski legioner həyatı yaşamaq istəyir və bu səbəbdən onun keçidi real görünmür.

Avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” matçı saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadəni də transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti