"Neftçi" Bolqarıstan millisinin futbolçusuna təklif göndərdi

4 Avqust 2020 11:34 Neftçi 1 810
"Neftçi" Bolqarıstan millisinin futbolçusuna təklif göndərdi

Bolqarıstan millisinin futbolçusu Martin Raynov "Neftçi"nin maraq dairəsinə düşüb.

Sportinfo.az "Topsport" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb.

Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var.

Karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti