"Neftçi"ın adını eşidib, elə "qiymət oxudu" ki…

3 Avqust 2020 22:20 Neftçi 1 503
"Neftçi"ın adını eşidib, elə "qiymət oxudu" ki…

İran millisinin və "Persepolis"in hücumçusu Əli Əlipurun Azərbaycanda legioner həyatı yaşamamasının səbəbi məlum olub.

"Neftçi" 25 yaşlı hücumçu ilə yaxından maraqlansa da, tərəflər maliyyə şərtlərində razılığa gəlməyib.

İran mediasının iddiasına görə, "ağ-qaralar" oyunçuya bir mövsüm 300000 avro maaş təklif ödəməyə hazırdır. Lakin bu, doğru məlumat deyil. Əlipur "Neftçi"dən göstərilən məbləğin təqribən iki dəfə artığını istəyib.

Ötən mövsüm 16 oyunda meydana çıxan forvard 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 3 dəfə İran millisinin formasını geyinib.

Əlipur yığmaya daha çox dəvət lmaq üçün ölkədən kənara çıxmağı qarşısına məqsəd qoyub. Buaünədək ona gözlədiyi təkliflərin heç biri gəlməyib. Macarıstandan «Ferentsfaroş»la danışıqları alınmayıb, Türkiyədən isə I Liqa klublarına getmək variantlarını özü qəbul etməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti