"Neftçi" yeni hücumçuya bu qədər məbləğ verməyə hazırdır

3 Avqust 2020 14:50 Neftçi 2 298
"Neftçi" yeni hücumçuya bu qədər məbləğ verməyə hazırdır

Yay transfer bazarında fəal olan «Neftçi» ötən günlər ərzində 4 yeni legioner alıb.

Paytaxt təmsilçisi müdafiə və yarımmüdafiə xətlərini onlarla gücləndirib.

«Ağ-qaralar» daha bir əcnəbi futbolçu alacaq. O da hücum mövqeyinə. Bu zonaya isə namizədlər çoxdur. İndiyədək bakılılara 30-a yaxıın forvard təklif olunub.

«Tələsən təndirə düşən» misalından çıxış edən «Neftçi» rəhbərliyi onların heç birini bəyənməyib. İşin uzanmasında başqa bir amil da rol oynayır.

Belə ki, Premyer Liqanın gümüş medalçısı yeni hücumçunun alınmasına 200 min dollar ayırıb və bu məbləği ödəyəcəyi legioneri yüz ölçüb, bir biçəndən sonra gətirməyi planlaşdırır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"