"Neftçi" baş məşqçisi ilə 2 illik müqavilə bağladı

30 İyul 2020 20:20 Neftçi 518
"Neftçi" baş məşqçisi ilə 2 illik müqavilə bağladı

"Neftçi" baş məşqçisi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib.

Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"