"Neftçi"ni növbəti mövsum bu adam çalışdıracaq

30 İyul 2020 18:20 Neftçi 1 127
"Neftçi"ni növbəti mövsum bu adam çalışdıracaq

Bu gün "Neftçi”nin Müşahidə Şurasının onlayn şəkildə iclası keçirilib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib.

Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.

Üzvlər görülən işləri qənaətbəxşt hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb.

Yanvar ayından baş məşqçi vəzifəsini müvəqqəti icra edən Füzuli Məmmədovun namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı