“Neftçi” rəhbərliyi bu gün VACİB QƏRARLAR verəcək

30 İyul 2020 14:36 Neftçi 819
“Neftçi” rəhbərliyi bu gün VACİB QƏRARLAR verəcək

Bu gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçiriləcək.

Yığıncaqda ötən mövsümün hesabatı dinləniləcək, gələcək planlar müzakirə olunacaq.

Həmçinin komandanın baş məşqçisi Füzuli Məmmədovun taleyinə də aydınlıq gələcək. 43 yaşlı mütəxəssislə müqavilənin müddətinin uzadılacağı gözlənilir.

Nə qədər? 1 il. Düzdür, bu, tam dəqiq deyil. Avropa Liqasındakı çıxış əsas götürülə bilər. Minimum 2 mərhələ keçmək - Məmmədovdan bunun tələb olunması normaldır.

Heyətinə yeni futbolçular cəlb olunub, nəticədə transferlərə böyük məbləğdə pul xərclənib, elə isə gənc çalışdırıcı yeni tələbi niyə yerinə yetirməsin? Axı bu, o qədər də böyük vəzifə deyil.

Əslində, avrokuboklarda 2 mərhələ adlamaq «Neftçi» kimi klub üçün minimum hədəf olmalıdır. Əgər komanda ötən yay olduğu kimi, uğursuzluqla üzləşsə, yəqin ki, Müşahidə Şurası Füzuli Məmmədovun vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmamasını bir daha müzakirəyə çıxaracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"