"Neftçi"də baş məşqçidən şikayət bitmir: "Keçi deyilik ki, dağa çıxaq"

30 İyul 2020 12:58 Neftçi 1 518
"Neftçi"də baş məşqçidən şikayət bitmir: "Keçi deyilik ki, dağa çıxaq"

«Neftçi»nin bir qrup futbolçusu Füzuli Məmmədovdan növbəti dəfə Ceyhun Sultanova şikayət edib.

«Ağ-qaralar» baş məşqçinin onları həddən artıq «yükləməsin»dən narazı qalıb. Ən çox da legionerlər.

İdman direktoru ilə söhbətləşən oyunçular bildirib ki, məşqlər gözlədiklərindən xeyli ağır keçir. Məmmədov komandadan Qəbələnin dağ zonasıında qaçış tələb edib ki, bu da ondan giley-güzarı bir qədər də artrıb:

«Neçə vaxt məşq etməmişik. İndi bizə ağır gəlir. Keçi deyilik ki, dağa çıxaq. Füzuli bizə köhnə məşqlər keçir. Belə məşqləri keçmiş zamanlarda verirdilər».

Sultanov narazıları dinləyib və bir qismiylə razılaşıb. Bildirib ki, öz fikirlərini baş məşqçiyə söyləyəcək və şikayətləri nəzərə alınacaq.

Saytımız iyulun 21-də xəbər vermişdi ki, Qəbələdə hazırlıq keçən «Neftçi»nin düşərgəsində yenidən söz-söhbət yaranıb. Belə ki, hər gün 2,5 saat meydanda çalışmaq futbolçulara ağır gəlir.

Düzdür, komanda karantin dönəmində Bakıda məşqə çıxıb, amma aradan yaranan uzun fasilələr «ağ-qaralar»ı gücdən salıb. Belə vəziyyətdə ağır «yüklənmə»ə dözmək futbolçulara çətin gəlir. Üstəlik, kollektiv üxvləri baş məşqçinin sərt münasibətindən gileylidir.

Bu məlumatı yayandan sonra F.Məmmədov klub kanalııına açıqlama verərək yazdıqlarımızın tam əksini iddia etmişdi. Bildirmişdi ki, düşərgədə ab-hava superdir, gül gülü, bülbül bülbülü səsləyir.

Əlbəttə, ondan başqa söz, açıq etiraf gözləmirdik. Bu, Məmmədovluq deyil. Belə də ki, kim öz ayranına turş deyər? O, üzdə belə danışısa da, kollektiv içində başqa cür hərəkət edib, futbolçulara «Burada olanları mətbuata niyə çıxarırsz? Kimin nə sözü var, bizə desin» söyləmişdi.

2-3 gün ərzində məşq saatını və «yük»ünü azaldan Məmmədov indi yenə öz «metod»una qayıdıb.

Bu isə yalnız komanda üzvlərini deyil, eyni zamanda, Qəbələ stadionunun texniki personalının da əziyyətə salıb. Belə ki, işçilər «Neftçi»nin hər məşqindən sonra meydançanın qazonunu qaydaya salmağa çətinlik çəkdiklərini bildiriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu