"NEFTÇİ": "Hücumçuya ehtiyacımız var, axtarırıq, tələsmək istəmirik"

29 İyul 2020 20:00 Neftçi 1 325
"NEFTÇİ": "Hücumçuya ehtiyacımız var, axtarırıq, tələsmək istəmirik"

«Transfer çalışmalarımız gedir». Sportinfo.az xəbər verir ki, bu sözlər «Neftçi»nin idman direktoru Ceyhun Sultanova məxsusdur.

Paytaxt klubunun rəhbəri yeni transfer bazarlığı barədə məlumat verib:

«Hücumçuya ehtiyacımız var, axtarırıq. Bu, elə mövqedir ki, səhv etmək istəməzdik. Çalışacağıq ki, həmin yerə yaxşı futbolçu gətirək. Mətbuatda oxuyuram ki, bir çox futbolçunun adı «Neftçi»də hallanır.

Biz Tunde Adeniyeyə təklif göndərməmişik. Təklif göndərdiyimiz futbolçuları biz bilirik. Düzdür, bir futbolçunu bizə təklif ediblər. Onu 5-6 menecer təklif edir.

Öz aralarında deyirlər ki, guya, «Neftçi» bu futbolçuyla maraqlanır. Tələsmək istəmirik. Hücumçu seçimində tələsmək olmaz.

Yeni futbolçuların gecikməsi pandemiya ilə əlaqədardır. Futbolçuları razı salmaq bir az çətindir. Ona görə də bir az səbr eləmək lazımdır. İşlərimizi davam etdiririk. Məşqçilər korpusunun istəyinə uğyun olaraq, futbolçunu gətirməyə çalışacağııq».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"