"Neftçi" 300 min avronu bu hücumçuya vermək istəyir - VİDEOLAR

29 İyul 2020 11:48 Neftçi 1 523
"Neftçi" 300 min avronu bu hücumçuya vermək istəyir - VİDEOLAR

İran millisinin və "Persepolis"in kapitanı Əli Əlipur karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az "Metaratings" nəşrinə istinadən xəbər verir ki, "Neftçi" 25 yaşlı hücumçu ilə yaxından maraqlanır.

"Ağ-qaralar"ın oyunçuya bir mövsüm üçün 300 000 avro maaş təklif etdiyi iddia edilir. Əlipur üçün Macarıstandan da təklif olduğu ancaq tərəflərin razılığa gələ bilmədiyi vurğulanıb.

Ötən mövsüm 16 oyunda meydana çıxan forvard 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 3 dəfə İran millisinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!