"Neftçi" rəhbərliyi onları nə tez yaddan çıxartdı?

16 İyul 2020 18:06 Neftçi 869
"Neftçi" rəhbərliyi onları nə tez yaddan çıxartdı?

«Neftçi» ötən mövsüm olduğu kimi, bu il də Premyer Liqanı ikinci pillədə bitirdi.

Turnir cədvəlində «Qarabağ»ı özündən irəli buraxıb, «Keşlə»ni geridə qoyan «ağ-qaralar» gümüş medal qazandı.

Paytaxt təmsilçisinin Peşəkar Futbol Liqasına göndərdiyi siyahıda medal almalı olanların sayı 29-dur. Maraqlıdır ki, bu ilin yanvarında baş məşqçi postunu tərk edən Roberto Bordin onların arasında yoxdur.

Komandanı cəmi 6 rəsmi oyuna çıxarmış Füzuli Məmmədov və ondan bir müddət sonra fiziki hazırlıq üzrə köməkçim təyin olunmuş Mario Fernandes Kastelyano medallara layiq görülüb.

Klubdan qalmaqalla ayrılan Baqali Dabo, həmçinin müqaviləsi davam edən Stiven Monroz «yaddan çıxıb», əvəzində qış fasiləsində «Səbail»dən geri qayıdan Mirabdulla Abbasovun adı siyahıda göstərilib.

SİYAHIDA OLANLAR

Kamran Quliyev – prezident
Elnur Eyvazov – vitse-prezident
Ceyhun Sultanov – idman direktoru
Qədir Həsənov – baş menecer
Rüstəm Allahverdiyev – mətbuat katibi
Füzuli Məmmədov – baş məşqçi
İqor Getman – köməkçi məşqçi
Mario Fernandes Kastelyano – fiziki hazırlıq üzrə məşqçi
Etibar Tarıverdiyev – qapıçılar üzrə məşqçi
Zahir Məhərrəmov – baş inzibatçı
İlkin İbrahimov – inzibatçı
Şaiq Zöhrablı – baş həkim
Zakir Quliyev – masajçı
Rövşən Muradov – masajçı
Rasim Qədməliyev – fizioterapevt
Vüqar Əliyev – tərcüməçi
Səlahət Ağayev – qapıçı
Aqil Məmmədov – qapıçı
Anton Krivotsyuk – futbolçu
Voislav Stankoviç – futbolçu
Mamadu Mboc – futbolçu
Ömər Buludov – futbolçu
Tural Axundov – futbolçu
Rəhman Hacıyev – futbolçu
Namiq Ələsgərov – futbolçu
Emin Mahmudov – futbolçu
Mirabdulla Abbasov – futbolçu
Soni Mustivar – futbolçu
Dario Federiko – futbolçu

YADDAN ÇIXANLAR
Kamran İbrahimov
Donald Qerye
Fərid Yusifli
Saman Nərimancahan
İbrahim Əliyev
İsmayıl Zülfüqarlı
Evangelos Platellas
Turan Vəlizadə
Mamadu Kane
Josef-Stiven Monroz
Baqpali Dabo

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"