Çox pul alır, özünü pis aparır – ayrılığa az qaldı

14 İyul 2020 15:32 Neftçi 626
Çox pul alır, özünü pis aparır – ayrılığa az qaldı

“Real"ın yarımmüdafiəçisi Qaret Beyl mövsüm sonu komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, rəhbərlik futbolçunun davranışlarından narazıdır.

Məlumata görə, uelsli oyunçunun baş məşqçi Zinəddin Zidanla münasibətləri yaxşı deyil. Rəhbərlik hələ yanvarda Beyli satmağı düşünsə də, yarımmüdafiəçinin maaşının yüksək olması buna mane olur.

Belə ki, oyunçunu transfer etmək istəyən klublar ona həmin əmək haqqını verə bilmirlər. Bu səbəbdən də “Real” futbolçu ilə müqaviləni qarşılıqlı olaraq ləğv etməyi düşünür. Beylin Madrid klubu ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!