"Neftçi"yə daha bir hörmətsizlik etdi - FOTO

12 İyul 2020 13:00 Neftçi 1 462
"Neftçi"yə daha bir hörmətsizlik etdi - FOTO

"Neftçi"nin sabiq legioneri Baqali Dabo mükafatına qovuşacaq.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu Premyer Liqanın gümüş medalını və bombardirlik üçün qazandığı mükafatı instaqram səhifəsi vasitəsilə paylaşıb.

Baqali Dabo geridə qalan 2019/20 mövsümündə 7 qolla Premyer Liqanın 4 bombardirindən biri olub.

Maraqlıdır ki, "Apollon"un yeni transferi heyətində bu uğurlara nail olduğu "Neftçi"ni yada salmayıb. Əvəzində o, AFFA və PFL-ə təşəkkürünü çatdırıb. Bu da 32 yaşlı forvardın "ağ-qaralar"dan problemli ayrılması ilə əlaqədardır.

Ümumiyyətlə, tərəflər son 3 ayda müxtəlif səbəblər üzündən olaylar yaşayıb. Fransız yeni müqavilə üzrə maaşının artırılmamasından acığa düşərək, komandanın aprelin 26-dakı gizli məşqini çəkərək, sosial şəbəkədə yerləşdirib.

Ən son isə xanımı onun "Qarabağ" formasıyla videosunu "virtual dünya"da paylaşıb. Bunun üstündən klub rəhbərliyi Dabonu 41 min dollar cərimələyib. Futbolçu bu qərarla razılaşmayıb. O, vəkili vasitəsilə FİFA-ya şikayət edib.

Digər Xəbərlər
Xəbər Lenti