"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi

11 İyul 2020 19:45 Neftçi 1 007
"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi

"Neftçi"nin sabiq vitse-prezidenti İlqar Quluzadə vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun sabiq həkimi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan Rəhim Məhərrəmov bildirib.

"Virusun daha bir qurbanı..."Neftci" də bir yerdə calışdığım İlqar Quluzadə rəhmətə getdi. Allah rəhmət eləsin, yaxınlarına səbr versin" deyə o sosial şəbəkədə yazıb.

İlqar Quluzadə 2008-ci ilin iyununadək "Neftçi"də icraçı direktor, 2009-cu ilin sentyabrınadək isə vitse-prezident vəzifələrində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti