"Neftçi”nin departament rəisi: "Qız aparıcı da axtarırıq"

11 İyul 2020 16:56 Neftçi 982
"Neftçi”nin departament rəisi: "Qız aparıcı da axtarırıq"

“Neftçi” TV üçün 70-80 faiz əməkdaş yığılıb.

Avadanlıqlarımız da test yayımı üçün hazırdır. Test yayımına başlayanda bu barədə məlumat yayacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

O, telekanala “İdman TV”dən şərhçi İsmayıl Abdullayevlə əməkdaşlıq edəcəklərini bildirib: “İsmayıl Abdullayev bizdə aparıcı kimi işləyəcək. Həmçinin, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində oxuyan üç oğlan tələbəni aparıcı kimi dəvət etmişik.

Qız aparıcı da axtarırıq. Elə adam axtarırıq ki, tələbə və efirdə yeni sima olsun. Test yayımından sonra onlar arasından da seçim edib, hansı tələbəni saxlayacağımıza qərar verəcəyik”.

Test yayımdan sonra “Neftçi”nin televiziyası “YouTube” üzərindən səkkiz saatlıq rejimdə fəaliyyət göstərəcək. Gələcəkdə isə bu televiziyanın peykə çıxması nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı