"Neftçi" Dabo üçün Kiprə nə göndərir? - FOTO

11 İyul 2020 16:00 Neftçi 1 267
"Neftçi" Dabo üçün Kiprə nə göndərir? - FOTO

"Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün gümüş medallarını qazanan və 7 qolla çempionatın 4 bombardirindən biri olan Baqali Dabo yaxın günlərdə mükafatlarına qovuşacaq.

Sportinfo.az xəbər verir ki, həm medal, həm də mövsümün ən sərrast oyunçusu üçün verilən mükafat qarşıdakı 1-2 gün ərzində karqo ilə Kiprə yola salınacaq.

Mükafatların şəklini şəxsi "Instagram" səhifəsində paylaşan fransalı hücumçu buna görə AFFA və PFL-ə təşəkkür edib.

Koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılan Premyer Liqada Dabo ilə yanaşı, Stiven Monroz ("Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") də 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti